Azı 3801 nəfər itkin sayılır

Qazaxda Azərbaycan ordusuna dəstək aksiyası

-

«Ermənistan-Azərbaycan münaqişəsi zamanı 6 mindən çox Azərbaycan vətəndaşının itkin düşdüyü, əsir və girov götürüldüyü müəyyən olunub».

APA-nın xəbərinə görə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov belə deyib.

«Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq humanitar hüquq müstəvisində» mövzusunda keçirilən konfransda E. Səmədov bildirib ki, 1435 Azərbaycan vətəndaşını əsir və girovluqdan azad etmək mümkün olub.

E. Səmədov qeyd edib ki, hazırda dövlət komissiyasında 3801 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır:

«Bunlardan 3094 nəfəri hərbçi, 707 nəfəri isə mülki şəxsdir. Mülki şəxslərdən 61 nəfəri itkin düşərkən uşaq olub»

O, əlavə edib ki, Ermənistan tərəfindən əsir və girov götürülən Azərbaycan vətəndaşları alver mövzusuna çevrilib.

«69 nəfər Azərbaycan vətəndaşı böyük miqdarda pul ödənilməklə əsir və girovluqdan azad edilib. Eyni zamanda, 107 nəfər əsirlikdə olarkən məxfi əməkdaşlığa cəlb olunub» - deyə komissiya rəsmisi qeyd edib.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalında izləyin: