Azərbaycan-2016-nın final görüşü dəyişdi

Foto arxiv

UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın yarımfinal və final oyunlarının yeri dəyişdirilib.

AFFA-nın məlumatına görə, UEFA-nın tövsiyəsinə əsasən yarımfinal “Dalğa Arena”da, final isə 8-ci km qəsəbə stadionunda keçiriləcək.

Dəyişiklik azarkeş tutumu ilə bağlıdır.

Belə ki, UEFA bu cür turnirlərin həlledici görüşlərində ajiotaj yaranması üçün yarımfinalla finalı daha az tutumlu stadionlarda keçirmək qərarına gəlib.

Yarımfinal görüşləri mayın 18-də, final oyunu isə 21-də keçiriləcək.