İtaliya millisinin də heyəti açıqlandı

Gianluigi Buffon

İtaliya millisinin Fransada keçiriləcək Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.

Yerli mətbuatın yazdığına görə, baş məşqçi Antonio Konte cempionata 23 nəfərlik heyətlə gedir.

Qapıçı Buffon, Bonnuçi, Rossi, Eder, Zaza və Stefan Əl-Şaaravi kimi futbolçular heyətdədir.

Qeyd edək ki, ki, İtaliya millisi çempionatda Belçika, İrlandiya və İsveç yığmaları ilə bir qrupda mübarizə aparacaq.

Qapıçılar: Canluiji Buffon ("Yuventus"), Federiko Marketti ("Latsio"), Salvatore Siriqu (PSJ, Fransa)

Müdafiəçilər: Andrea Bartsalyi, Leonardo Bonuççi, Corco Kyellini (hamısı "Yuventus"), Matteo Darmian ("Mançester Yunayted", İngiltərə), Ancelo Oqbonna ("Vüst Hem", İngiltərə), Mattia De Şilyo ("Milan") Yarımmüdafiəçilər: Marko Parolo, Antonio Kandreva (hər ikisi "Latiso"), Daniele DE Rossi, Alessandro Florentsi (hər ikisi "Roma"), Tiaqu Motta (PSJ, Fransa), Srefano Sturaro ("Yuventus"), Emanuele Cakkerini ("Bolonya")

Hücumçular: Eder ("İnter"), Çiro İmmobile ("Torino"), Lorentso İnsinye ("Napoli"), Qratsioano Pelle ("Sautgempton", İngiltərə), Simone Zaza ("Yuventus"), Federiko Bernardeski ("Fiorentina"), Stefan Əl-Şaaravi ("Roma")