11 həkimin diplomu saxta çıxıb

-

Bu il Azərbaycanda 11 həkimin diplomunun saxta olduğu üzə çıxıb.

Bu barədə APA-ya Səhiyyə Nazirliyindən məlumat veriblər. Toplanmış materiallar Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Bunda öncə müəllimlərlə bağlı da saxta diplomlar üzə çıxmışdı. Hələ 2014-cü ildə Təhsil naziri Mikayıl Cabbarov deyirdi ki, Azərbaycanda saxta diplomlu 2 minə qədər müəllim var.

«Əldə etdiyimiz bütün məlumatları, o cümlədən onlara saxta diplom verənlərin adlarını Baş Prokurorluğa vermişik. Çirkabın mənbəyini bağlamadan suyu necə təmizləmək olar?»-deyə nazir sual edirdi

Ekspertlər deyir ki, yaxın illərə qədər Azərbaycanda rüşvət yolu ilə bir çox ali məktəbin diplomunu almaq çox asan bir prosesə çevrilmişdi.