Avropa futbol çempionatı başlanır

Futbol

-

İyunun 10-da Fransada Avro-2016 futbol üzrə Avropa çempionatı başlanır. İlk oyun Fransa ilə Rumıniya arasında keçiriləcək.

10 şəhərdə baş tutacaq yarışlarda təhlükəsizliyi 90 min polis, əsgər, özəl mühafizəçilər təmin edəcək.

Ötən ilin noyabrında Parisdə 130 nəfərin ölümüylə nəticələnmiş hücumlardan sonra Fransada fövqəladə vəziyyət davam edir.

Hücumlardan biri Fransada stadionu hədəfə almışdı. Turnirin açılış və final oyunları məhz həmin meydançada keçiriləcək.

Sosial etirazlar sarıdan da narahatlıq var. Prezident Francois Hollande deyib ki, hər şeyin qaydasında getməsindən ötrü gərəkən bütün tədbirlər görüləcək.

İlk dəfə olaraq çempionata 24 komanda qatılır. Fransa, Almaniya, İspaniya, İtaliya və İngiltərə favoritlərdir.

Fransa sonuncu dəfə turnirə 1984-cü ildə ev sahibliyi edib və qalib gəlib.