Toy, toy, toy olacaqdır...

Sergio Aguero vs Bastian Schweinsteiger

-

Almaniya yığmasının kapitanı Bastian Schweinsteiger dünyanın bir nömrəli qadın tennisçisi – serb Ana Ivanovic-lə ailə qurmağa hazırlaşır. «Bild» qəzetinin yaydığı xəbərə görə, toy Avropa çempionatından sonra baş tutacaq. Xatırladaq ki, Bastian Ukrayna ilə oyunun (2:0) sonlarında meydana çıxıb və qol vurmağa da imkan tapıb.

Əvvəllər deyilirdi ki, Belqradda keçiriləcək mərasimə 300 nəfər dəvət olunub. Səbəbkarların qonaqlara göndərdiyi dəvətnamədə toy günü kimi iyulun 12-si göstərilir. Toyun yeri gizli saxlanılır, qonaqlar ora təyyarə ilə aparılacaq.