Ronaldo penaltini vura bilmədi

Cristiano Ronaldo və Avstriya millisinin oyunçusu Julian Baumgartlinger oyun vaxtı.

Hakim Avstriyaya yığmasına qarşı cərimə zərbəsi təyin edir. Avstriya millisinin oyunçusu Marko Anautovic müdafiə səddi qurur.

Portuqaliya millisinin müdafiəçisi Pepenin qol sevinci.Amma hakim qolu saymır və Ronaldonun oyundan kənar vəziyyətdə olduğunu göstərir.

Portuqaliya millisinin forvardı Cristiano Ronaldonu cərimə meydançasında yıxırlar. Hakim 11 metrlik cərimə zərbəsi təyin edir. Penalteni Ronaldonun özü vurur.

Ronaldo 78-ci dəqiqədə penalti zərbəsindən istifadə edə bilmədi. O,qapıçını aldadır və topu qapının uzaq küncünə göndərir. Amma top qapı dirəyi Avstriya millisini xilas edir.

Cristiano Ronaldo penalti zəribəsindən sonra.

Portuqaliya millisinin baş məşqçisi Fernando Santos oyundan sonra.O,nəticədən razı deyil.Qeyd edək ki,hazırda F qrupuna 4 xalla Macarıstan millisi başçılıq edir.Portuqaliya ilə İslandiyanın hərəyə 2, Avstriyanın isə 1 xalı var.

Fanat oyundan sonra Ronaldonun fanatı ydana cumur.Təhlükəsizlik xidmətinin əməkdaşları onu meydandan çıxarmaq istəsələr də Ronaldo onları saxlayır və fanat onunla "selfi" çəkdirir.

Fanatı Ronaldo ilə.

Bu isə Avstriya millisinin oyunçusu Stefan Ilsankerdir.O da azarkeşlərlə birlikdə nəticəyə sevinir. Çünki Ronaldo 11 metrlik cərimə zərbəsini vursaydı,komanda meydandsan məğlub yollanacaqdı.

Avstriya millisinin oyunçusu David Alaba oyundan sonra azarkeşlərlə birlikdə nəticəni qeyd edir. Çünki komanda məğlubiyyətdən yaxa aurtara bilir.