Almaniya-Şimali İrlandiya-1:0

Foto arxiv

-

Bakı vaxtı ilə saat 23-də isə D qrupunda Çexiya-Türkiyə və Xorvatiya-İspaniya oyunu başlayır.

Oyun sona yetir. Almaniya millisi xalını 7-ə çatdırır. Polşa millisi də Ukrayna üzərində 1:0 hesablı qələbə ilə xalını 7-ə çatdırır.

Hazırda oyunun artırılmış 3-cü dəqiqəsi gedir. Hesab dəyişməyib.

Jakub Blaszczykowski

Qrupun digər oyunu Polşa-Ukrayna görüşündə polyaklar hesabı açır. Qolu 54-cü dəqiqədə Jakub Blaszczykowski vurur.

-

Götzeni 55-ci dəqiqədə Schürrle əvəz edir.

Mario Gotzenin qol şansı

Almaniya millisi 50 və 52-ci dəqiqələrdə hesabı artıra bilərdi. Amma Götze Mesut Özilin 100 faizli ötürməsindən istifadə edə bilmədi.

Oyunun ikinci hissəsi başladı.

-

Birinci hissə başa çatdı,oyunçular fasiləyə yollandı.

Almaniya Millisi hesabı yenə də artıra bilərdi. Amma Tomas Müllerin vurduğu top qapı çatından geri döndü.

Hazırda oyunun 35-ci dəqiqəsi gedir. Almaniya daima hücumdadır.

Gomez

Almaniya millisi hesabı açır. Qlu 30-cu dəqiqədə 23 nömrəli oyunçu Mario Gomez vurur. Ona ötürməni Tomas Müller verir.

-

"Avro-2016"da qrup mərhələsinin III turunun oyunları davam edir.

Hazırda C qrupunda mübarizə aparan Almaniya-Şimali İrlandiya və Ukrayna-Polşa milliləri oynayır.

Qrupa 4 xalla Almaniya və "Polşa milliləri başçılıq edir.

Şimali İrlandiyanın 3, Ukraynanın isə 0 xalı var.

C qrupu

20:00. Şimali İrlandiya - Almaniya - 0:0 (Birinci hissə)
Hakimlər: Kleman Turpen
Yan xətt hakimləri: Frederik Kano və Nikolas Danos
Əlavə köməkçi hakimlər: Benoit Bastien, Fredi Fautrel (hamısı Fransa)
Dördüncü hakim: Slavko Vinçiç (Sloveniya)
Paris.

20:00. Ukrayna – Polşa - 0:0 (Birinci hissə)
Baş hakim: Svein Oddvar Moen
Yan xətt hakimləri: Kim Tomas Haaqlund və Drank Andas
Əlavə köməkçi hakimlər: Ken Henri Consen və Svein-Erik Edvartsen (hamısı Norveç)
Dördüncü hakim: Hüseyn Göçek (Türkiyə)
Marsel.

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (21 iyun)

Harda açılıb o 1,5 milyon iş yeri?

Sizin brauzer HTML5-i dəstəkləmir

Günün əsas hadisələri Azadlıq Radiosunda - 21 iyun

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (21 iyun)

Savchenko İlham Əliyevə çağırış etdi