Prezident hərbçilərə mənzil verdi

Bina

-

Prezident İlham Əliyev bu gün Xətai rayonunda hərbçilərə tikilən binaya baş çəkib. Ölkə başçısı hərbçilərə yaradılan şəraitlə tanış olub.

President.az-ın xəbərinə görə, yeni tikilən 14-mərtəbəli binada ümumilikdə 65 hərbçiyə mənzil veriləcək. Mənzillərdə yaradılan şəraitlə tanış olan İ.Əliyev sonra hərbçilərlə görüşüb.

İlham Əliyev hərbçilərin bir qrupuna mənzillərin orderlərini özü təqdim edib.