Neuer: «Rekordların dalınca qaçmıram»

Manuel Neuer

-

Almaniya yığmasının qapıçısı Manuel Neuer Slovakiya ilə iyunun 26-da keçiriləcək oyun ərəfəsində UEFA-nın saytına verdiyi açıqlamada almanların müdafiədə çox yaxşı oynadığını qeyd edib.

Qolkiperin dediyinə görə, Joachim Löw-ün yetirmələri məşqlərdə standart vəziyyətlərin yerinə yetirilməsi üzərində çox işləyirlər.

Xatırladaq ki, ardıcıl dörd oyunda top buraxmayan Neuer Almaniya yığmasının yarıməsr əvvəl müəyyənləşdirdiyi rekordun iki addımlığındadır: «Hələ ki bir top da buraxmamağımız sevindiricidir. Bütün komanda gözəl müdafiə olunur və biz standart vəziyyətlərin icrası üzərində çox işləyirik. Rekordların dalınca qaçmıram. Vacib olan bu turniri uğurla bitirməkdir».