Portuqaliya yarımfinalda

Foto arxiv

İyulun 1-də Uels və Belçika milliləri qarşılaşacaq.

-

Portuqaliya yarımfinalda Uels-Belçika cütünün qalibi ilə qarşılaşacaq.

Portuqaliya millisi penaltilər seriyasında qalib gılir-5-4. Beləliklə ilk yarımfinalçı bəlli oldu.

Oyunun əlavə vaxtında da hesab dəyişmır. İlk yarımfinalçını penalti seriyası müəyən edəcək.

Xilasedicilər fanatı meydandan çlxardıqdan sonra oyun davam edir.

Portuqaliyalı fanat

Oyunun 109-cu dəqiqəsində azarkeşlərdən biri meydana girir. Hakim oynu saxlayır.

Əlavə vaxtın birinci hissəsi başa çatır. Hesab dəyişməyib.

-

Oyunun əlavə vaxtı gedir. Hesab dəyişməyib.

-

Fasilədən sonra oyunun əlavə vaxtı başlayır.

Oyunun əsas vaxtı qurtardı. Hesab dəyişmədi-1:1. Komandalar fasiləyə yollandı.

-

Hazırda oyunun 84-cü dəqiqəsi gedir. Hesab dəyişməyib.

-

Oyunun ikinci hissəsi gedir. Hesab dəyişməyib. Hazırda oyunun 54-cü dəqiqısi gedir.

-

Renato Sanches

Portuqaliya millisi hesabı bərabərləşdirir. Topu 33-cü dəqiqədə Renato Sanches vurur.

Oyunun 27-ci dəqiqəsi gedir. Hesab dəyişməyib-1:0.

Cristiano Ronaldo

Ronaldo cərimə zəribəsinə hazırlaşır. Amma bu dəfə fürsətdən istifadə edə bilmir.

Hazırda oyunun 16-cı dəqiqəsi gedir. Hesab dəyişməyib.

-

Polşalı azarkeşlərin qol sevinci.

-

Levandovski

Polşa hesabı açır. Qolu 2-ci dəqiqədə Lewandowski vurur.

Fransada keçirilən Avropa çempionatında 1/4 final mərhələsinin ilk oyunu keçirilir.

Polşa millisi

Bu gün Polşa və Portuqaliya milliləri görüşür.

Polşa bu mərhələyə çıxmaq üçün 1/8 finalda İsveçrəyə penalti seriyası ilə qalib gəlib.

Portuqaliya millisi isə çox gözəl oyun nümayiş etdirən Xorvatiyanı 1:0 hesabı ilə məğlub edib.

Portuqaliya millisi

Bu cütün qalibi yarımfinalda Uels – Belçika oyununun qalibi ilə qarşılaşacaq.