Sanches üçüncü oldu

Renato Sanches polyakların qapısına qol vurur.

Portuqaliya yığmasının yarımmüdafiəçisi Renato Sanches 1/4 final oyununda Polşanın qapısına yol tapmaqla (1:0) Avropa çempionatlarının pley-offlarının tarixində ən gənc qol müəllifi oldu. O, 18 yaş 317 günlüyündə fərqləndi.

Ümumiyyətlə, AÇ tarixində fərqlənənlər arasında isə Sanches üçüncüdür. Maraqlıdır ki, onu qabaqlayan iki futbolçu – isveçrəli Johan Vonlanthen və ingilis Wayne Rooney eyni qitə birinciliyində - AÇ-2004-də fərqlənib.