Polşa da ənənəni poza bilmədi

Polşa yığması

Polşa yığması iyunun 30-da keçirilən 1/4 final oyununda Portuqaliyaya penalti seriyasında uduzdu. Bununla da polşalılar Avropa çempionatının özünəxas ənənəsini poza bilmədi. Belə ki, eyni turnirdə heç bir komanda ardıcıl iki penalti seriyasında qalib gələ bilməyib.

Xatırladaq ki, Polşa 1/8 finalda İsveçrəni məhz bu yolla məğlub etmişdi.

Portuqaliya isə yarımfinalda Uels-Belçika oyununun qalibi ilə qarşılaşacaq.