Sanches Roux-nu məhkəməyə verdi

-

Portuqaliya yığmasının yarımmüdafiəçisi Renato Sanches fransız mütəxəssis Guy Roux-nun “Benfika”nın yetirməsinin yaşının 18 yox, 24-ə yaxın olduğuna dair iddiası ilə bağlı məhkəməyə müraciət edib.

Diario de Noticias-ın yaydığı xəbərə görə, bu açıqlamanı absurd sayan futbolçu vəkilindən 77 yaşlı fransızın ittihamının əsassızlığına dair iddia qaldırmağı xahiş edib.