Portuqaliya çempion oldu- [video və fotolar]

Portuqaliya millisi

-

Oyun sona yetir. Beləliklə Portuqaliya millisi tarixində ilk dəfə Avropa çempionu olur.

Çempionatın finalında dizindən zədələnən Portuqaliya millisinin futbolçusu C. Ronaldo 25-ci dəqiqədə əvəzlənib. Stadionu tərk edən Ronaldo məşqçi kimi oyunçulara göstəriş verməsi isə sosial şəbəkələrdə marağa səbəb olub:

-

Ederin qolu

Portuqaliya millisi 109-cu dəqqiqədə hesabı açır. Qolu 9 nömrəli oyunçu Eder vurur-1:0.

Əlavə vaxtın 2-ci hissəsi başlayır.

-

Hesab açılmayıb. Komandalar qısa fasiləyə çıxır.

Əlavə vaxtın birinici 15 dəqiqəsi başlayır.

-

Oyunun əsas hissəsi başa çatır. Hesab açılmayıb.Komandalar fasiləyə yollanır.

Andre-Pierre Gignac

Fransa millisi oyunun son dəqiqəlrində hesabı aça bilırdi. Amma top qapı dirəyinə dəyir.

Oyunun 91-ci dəqiqəsi gedir. Hesab açılmayıb.

Portuqaliya millisi 81-ci dəqiqədə hücum edir. Ricardo Quaresma qapıya zərbə endirir. Qapıçı Hugo Lloris komandasını xilas edir.

Antoine Griezmann qapıya zərbə endirir.

Oyunun ikinci hissəsi başlayır.

-

Birinci hissə sona yetir.

Oyunun artırılmış dəqiqələri gedir. Hesab açılmayıb-0:0.

Fransalı azarkeş xanım.

Figo

Fransa millisi 34-cü dəqiqədə hesabı açmağa yaxın idi. Amma qapıçı Rui Petricio komandasını xilas edir.

Portuqaliya millisinin baş məşqçisi Fernando Santos.

-

Ronaldo meydandan çıxmalı olur

Ronaldo zədə üzündən meydanı tərk edir. Onu 25-ci dəqiqədə Quaresma əvəz edir.

Cristiano Ronaldonu zədələyirlər.

Fransa-2016

Griezmann 10-cu dəqiqədə vurduğu topu qapıçı Rui Patricio qapının uzaq küncündən çıxarır.

Oyun başladı.

Bu gün futbil üzrə Avropa çempionu bəlli olur.

Fransalı azarkeşlər

Finalda Portuqaliya və Fransa milliləri qarşılaşır.

Portuqaliyalı azarkeşlər



Qeyd edək ki, komandalardan heç biri finaladək uduzmayıb.

10 iyul
Avropa çempionatı, final


23:00. Portuqaliya - Fransa
Baş hakim: Mark Klattenburq
Yan xətt hakimləri: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi-hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Sent-Denis. "Stad de France"