Bakıda açıq səma altında kinoteatr açılıb

Bakıda açıq hava kinoteatrı.

-

Bakıda açıq səma kinoteatrı açılıb

Kinoteatr bulvarın yeni hissəsində, Bakı Su İdmanı Sarayının yaxınlığında yerləşir və 100 yerlik nəzərdə tutulub. Burada dünya kino prokatının premyeraları, festival və arthaus filmləri, konsertlər və cizgi filmləri nümayiş olunacaq. Biletlərin qiyməti 5 AZN-dir və yerində əldə etmək mümkündür.

Həftəlik seanslar və göstəriləcək filmlər haqda məlumatı kinoteatrın facebook səhifəsindən öyrənmək olar.

report.az