Obama tətildə bu kitabları oxuyacaq

Barack Obama kitab mağazasında.

-

ABŞ prezidenti Barack Obama yay tətilində oxuyacağı kitabların siyahısını açıqlayıb. Bu haqda ağ evin saytında məlumat yayılıb.

Siyahıda ilk yerdə William Finnegan-ın xatirə ədəbiyyatı üslubunda yazdığı "Vəhşi günlər: serferin həyatı" romanı durur. Bundan əlavə, Obama Colson Whitehead psixoloji triller üslubunda yazdığı "Yeraltı dəmir yolu" romanını, Helen Macdonald-ın "H qırğı deməkdir" kitabını, britaniyalı yazıçı Paula Hawkins-in psixoloji triller janrında "Qatardakı qız" romanını, həmçinin Neal Stephenson fantastik romanı "Yeddi ərəfə"ni oxuyacaq.

Bundan öncə Barack Obama avqustun 11-də özünün musiqi siyahısını paylaşmışdı. Onun tövsiyyə etdiyi mahnıların siyahısında 29 mahnı vardı ki, həmin mahnıların bir hissəsi gündüz vaxtı, ikincisi isə gecə dinləmək üçün idi.