Komitə sədri: 'Tolerantlıq dövlət siyasətidir'

Mübariz Qurbanlı

«Tolerantlıq Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırılıb».

«Report»un xəbərinə görə, bunu dekabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda «Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli» konfransında deyib.

«Hazırda dünyada 169 ölkələrarası və daxili münaqişələr var. Dünyanın 40 ölkəsində müxtəlif qanlı savaşlar gedir. Münaqişələr nəticəsində 60 milyon insan yurd-yuvasından didərgin düşüb ki, onun da bir milyonu Azərbaycan xalqının payına düşür», – M.Qurbanlı əlavə edib.

Dekabrın 1-də Qafqaz Xalqları Ali Dini Şurasının iştirakı ilə Bakıda dini konfrans keçirilir. Şura 1992-ci ildə yaradılıb. Onun tərkibinə Azərbaycan və Şimali Qafqaz Xalqlarının din xadimləri daxildir. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 1992-ci ildən qurumun sədridir.