Vəkillər Cahangir Hacıyevin ev dustaqlığına buraxılmasını istəyir

Cahangir Hacıyev

Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev Ali Məhkəməyə şikayət edib.

Bu haqda bankirin vəkillərindən Fəxrəddin Mehdiyev məlumat verib.

Şikayət Bakı Apelyasiya Məhkəməsinin bankirin işi ilə bağlı ilkin baxış iclasından verilib.

Həmin iclasda C.Hacıyevin vəkilləri 3 vəsatət irəli sürmüşdülər.

Buna da bax:​ Vəkil: 'Cahangir Hacıyevə ciddi qərəz hiss olunur'

Vəkillər keçmiş baş bankir barəsində cinayət işinə xitam verilməsini, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını və məhkəmənin tam istintaqla aparılmasını tələb etmişdilər.

Ancaq Bakı Apelyasiya Məhkəməsinin işə baxan hakimi Əflatun Qasımov hər üç vəsatəti rədd etmişdi.

Ali Məhkəməyə verilmiş şikayətdə həmin qərarın ləğvi istənilir.

Buna da bax: Cahangir Hacıyev Baş prokurorluğu məhkəməyə verib

Cahangir Hacıyev 2015-ci dekabrın 5-dən həbsdədir. O, bu il oktyabrın 14-də mənimsəmə, vəzifədən sui-istifadə, vəzifə saxtakarlığı kimi ittihamlarla 15 il azadlıqdan məhrum edilib. C. Hacıyev Beynəlxalq Bankdan müxtəlif adamların adlarına kreditlər ayırıb, həmin vəsaitlərin mənimsənilməsində suçlu bilinir.

Amma C. Hacıyev ittihamları qəbul etmir.