Nazirlik mənimsəmə halları aşkarladığını bildirir

Maliyyə Nazirliyi

Maliyyə nazirliyi Azərbaycan Beynəlxalq Bankının kredit verdiyi 63 hüquqi və 156 fiziki şəxslə bağlı əməliyyatları araşdırıb. Onlardan 69-u qeyri-rezident hüquqi şəxsin veksel alışı əməliyyatlarıdır.

Bu haqda nazirliyin məlumatında bildirilir.

APA-nın xəbərinə görə, araşdırmanı nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidməti Daxili İşlər Nazirliyinin (DİN) məktubuna əsasən həyata keçirilib.

Buna da bax:​ Nazirlik rublun 10 faiz devalvasiya edilməsini təklif edib

Beynəlxalq Bankdan kredit alanlar barədə bilgilər DİN-də.

Nazirlik yoxlama materiallarını hüquqi qiymət verilməsindən ötrü DİN-ə göndərib.

Maliyyə Nazirliyi həmçinin, dövlət büdcəsindən 2016-cı ildə 5 rayonun icra hakimiyyəti başçılarının aparatlarının saxlanılmasına, rayonların abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların təmirinə ayrılan vəsaitlərin xərclənməsini də araşdırıb.

Araşdırma habelə, 6 təhsil, 2 tibb, 1 meliorasiya və su təsərrüfatı, 2 nəqliyyat, 2 kommunal müəssisə, 1-də diplomatik nümayəndəliyi əhatə edib.

Buna da bax:​ Büdcə niyə daha çox ilin sonunda xərclənir?

228 milyon manat mənimsənilib

Araşdırma zamanı Salyan İcra Hakimiyyəti başçısının Qarabağlı kənd nümayəndəliyinin, Təhsil Nazirliyinin Ağcabədi, Tərtər, Zərdab təhsil şöbələrinin, 1 nömrəli Gəncə Peşə Məktəbi, Mədəniyyət və Turizm Nazirliyinin İmişli şöbəsinin nöqsanlara yol verdiyini müəyyənləşdiyi açıqlanıb . Həmin pozuntular üzrə materiallar Baş Prokurorluğa göndərilib.

Nazirlik 9 milyon manatdan artıq vəsaitin büdcəyə geri ödənməsinin təmin edildiyini bildirib.

Buna da bax:​ Maliyyə nazirliyi Beynəlxalq bankın bütün səhmlərini alıb

Qeyd olunanlardan əlavə, nazirlik Baş Prokurorluğun məktublarına əsasən 38 təşkilatı da yoxlayıb. Həmin yoxlama zamanı ümumilikdə 38 qurumun 228 milyon manat məbləğində mənimsəməyə yol verdiyi açıqlanıb.

Sözü gedən qurumlar, hələlik, nazirliyin araşdırması ilə bağlı münasibət bildirməyiblər.