'Silk Way Airlines' daha bir Вoeing alır

The Boeing 747

Bu il “Silk Way West Airlines” aviaşirkətinin parkında avialaynerlərin sayı yeddiyə çatacaq. Bu il şirkətə daha bir “Вoeing 747-8F” təyyarəsinin gətirilməsi gözlənilir.

Aviaşirkətin mətbuat xidmətinin məlumatında belə yazılır.

“Hazırda "Silk Way West Airlines" aviaşirkətinin hava gəmiləri parkına 4 “Вoeing 747-8F” və 2 “Вoeing 747-400F” təyyarəsi daxildir. Onlar Beynəlxalq Hava Limanından dünyanın müxtəlif regionlarına - Asiya, Avropa, Yaxın Şərq və Şimali Amerikaya müntəzəm uçuşlar yerinə yetirir”.

Buna da bax:​ 'Bank Silk Way' 2016-cı ildən mənfəətlə çıxıb

“Silk Way West Airlines” 2012-ci il iyununda fəaliyyətə başlayıb.

“Yeni "Вoeing" yük təyyarəsinin tədarük edilməsi aviaşirkətə uçuşların coğrafiyasını daha da genişləndirmək imkanı verəcək”, deyə aviaşirkətdən “Turan” Agentliyinə bildiriblər.

Bu günlərdə aviaşirkət növbəti dəfə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının audit yoxlama prosedurunu keçib və müvafiq sertifikatı daha iki il müddətinə uzadılıb.

“Silk Vey Vest Aviaşirkəti” (“Silk Way West Airlines”) “Silk Way Holding”ə məxsus olan “Silk Vey Aviaşirkəti”nə («Silk Way Airlines») daxildir.

Buna da bax:​ 'Silk Way'in daşımaları xeyli artıb

“Silk Way West” 2012-ci ildə təsis edilib.

“Turan” Agentliyi qeyd edir ki, 2001-ci ildə yaradılan “Silk Way Aviaşirkəti”ndə payların 60 faizi «SW Holding» MMC-yə, qalan 40 faizi isə Britaniyanın Virgin adalarında qeydiyyatdan keçmiş «International Handling Company Limited» şirkətinə məxsusdur. Hüquqi sənədlərə görə, holdinqin sahibi onun prezidenti olan Zaur Axundovdur. Britaniya şirkəti mülkiyyətçisinin adı açıqlanmır.

Media müxtəlif profilli 20-dən çox şirkəti özündə birləşdirən bu holdinqin prezident İlham Əliyevin və dövlətə məxsus «Azərbaycan Hava Yolları» QSC-nin prezidenti Cahangir Əsgərovun ailə üzvlərinə məxsus olduğunu yazıb. Həmin məlumatlar təkzib olunmayıb.

Buna da bax: AZAL-ın bələdçiləri Londonda saxlanılıb [yenilənib]

İndi Azərbaycanda 3 yükdaşıma şirkəti var - AZAL, “Silk Way West Airlines” və “Silk Way East Airlines”

Sonuncu şirkət 2016-cı ilin oktyabrında yaradılıb.