Ombudsman-ın nümayəndəsi Lapshin-lə görüşüb

Alexander Lapshin

Bloqqer Alexander Lapshin saxlanılma şəraitindən, müəssisə əməkdaşlarının rəftarından, tibbi baxımdan və qida təminatının keyfiyyətindən razıdır.

Ombudsman Aparatının Milli Preventiv Qrupunun məlumatında belə yazılır.

Buna da bax:​ Amnesty International Alexander Lapshinə azadlıq istəyir

Qrup fevralın 16-da Bakı İstintaq Təcridxanasına bloqqerə baş çəkib.

Məlumatda əlavə edilir ki, həbsdəki bloqqer qanunvericiliklə nəzərdə tutulmuş prosessual hüquqlarının təmin olunduğunu, həmin hüquqlardan maneəsiz istifadə etdiyini deyib.

Buna da bax:​ Novruz Məmmədov: 'Lapşin məsələsini siyasiləşdirmək lazım deyil'

Bloqqer qrup üzvlərinə bildirib ki, onun vəkil, tərcüməçi, habelə Rusiya və İsrailin diplomatik nümayəndəliklərinin təmsilçiləri ilə sərbəst görüşünə şərait yaradılıb.

Xatırlatma

A.Lapshin ötən il dekabrın 15-də Minskdə Azərbaycanın tələbi ilə, hökumət əleyhinə çağırışlar və dövlət sərhədinin qanunsuz keçmək ittihamı ilə saxlanıb. Belarus məhkəməsi onun Azərbaycana verilməsi ilə bağlı qərar çıxarıb.

Həmin qərar fevralın 7-si gecə icra edilib.

A.Lapshin hazırda Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılır.
O, Ukrayna, Rusiya və İsrail vətəndaşıdır.