Azərbaycanda 100 yaşı adlayanlar

Arxiv fotosu.

Azərbaycanda yaşı 100-dən çox olan insanların sayı açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru Ulduz Həşimova Trend-ə bildirib ki, ölkədə 100 və daha çox yaşı olan 838 şəxs yaşayır.

Buna da bax:​ Azərbaycanda orta ömür

U.Həşimova qeyd edib ki, Azərbaycanın bir sıra regionlarında yüksək uzunömürlülük indeksi qeydə alınır. İlkin rəqəmlərə görə, yüksək uzunömürlülük indeksi olan region əsasən Lənkərandır.

İnstitut direktoru əlavə edib ki, uzunömürlülüyün yüksək indeksi Naxçıvan Muxtar Respublikası, Qazax və Şamaxı zonalarında da qeyd olunur:

Buna da bax: Çox yaşamağın 12 yolu

“Lakin bunlar dəqiqləşdirilməmiş, başqa sözlə verifikasiya edilməmiş məlumatlardır . Məsələn, Naxçıvan da uzunömürlülük baxımından perspektivli sayılır. Rəsmi statistikaya əsasən, burada 50-dən çox şəxs 100 yaş həddini keçib. Lakin bu məlumatlar da dəqiqləşdirilməlidir, çünki yaşın verifikasiyası zamanı ilkin göstəricilər dəyişir. Bu, çox vaxt onunla əlaqədar olur ki, 85 yaşdan yuxarı adamlarda öz yaşını “artırmaq” tendensiyası müşahidə edilir”.