Gənc yazar Mövlud Mövlud intihar edib

Yazıçı Mövlud Mövlud.

Gənc yazar Mövlud Mövludun intihar etdiyi deyilir

Gənc yazar Mövlud Mövludun intihar etdiyi deyilir. Onlar yazarın 17-ci mərtəbədən atladığını söyləyirlər.

Binəqədi rayon Prokurorluğundan Trend-ə bildirilib ki, hadisə martın 16-sı gecə saat 02:00 radələrində rayonun 7-ci mikrorayon, Axundov küçəsində baş verib. 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu həmin küçədə yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. M.Abdullayev hadisə yerində dünyasını dəyişib.

İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Binəqədi rayon Prokurorluğunun 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.

Mərhumun cənazəsi doğulduğu Qazax rayonuna aparılıb.

Mövlud Mövlud gənc azərbaycan yazıçısı və köşə yazarı idi.