'İsrail-Fələstin sülh planını yenidən başladaq'

İsrail əsgərləri fələstinlilərlə söhbət edir.

Ərəb liderləri bildirirlər ki, İsrail-Fələstin müharibəsini bitirməkdən ötrü sülh planına yenidən təkan verməyə hazırdırlar. Onlar yenə də Fələstin dövləti əvəzində İsraillə tam əlaqələr qurmağın mümkünlüyünə işarə ediblər.

Martın 29-da İordaniyada birgünlük sammitdən sonra ərəb ölkələri liderləri münaqişəni «iki dövlət» həll yoluyla bitirməkdən ötrü konkret plana əməl edəcəklərinə söz veriblər.

Bir neçə həftəyə üç ərəb lideri Vaşinqtonda ABŞ prezidenti Donald Trump-la görüşəcək.

Dünənki sammitdə İordaniya kralı Abdullah, Misir prezidenti Abdel-Fattah el-Sissi və Fələstin prezidenti Mahmud Abbas görüşərək, Ağ evdə toplantıdan öncə mövqelərinin koordinasiyasını müzakirə ediblər.