Prezident: 'İslam Oyunlarına bütün hazırlıq görülüb'

İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev aprelin 5-də İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) prezidenti Abdullah bin Musa'ed bin Abdulaziz-i qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda uğurla keçiriləcəyinə əminliyini ifadə edən İHİF-in prezidenti bu yarışlara 3 mindən artıq idmançının qatılacağını vurğulayıb.

Prezident İ.Əliyev isə deyib ki, IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bütün hazırlıq işləri görülüb.

Bu il mayın 12-dən 22-nə kimi Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. 20 idman növü üzrə keçiriləcək yarışda 50-dən çox müsəlman ölkəsinin təmsil ediləcəyi gözlənilir.