İslam Oyunlarında ‘Su səyahəti’ başladı

İlham Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan səyahət adlı mərasimində iştirak edib. 05aprel2017

Bu gün, aprelin 5-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının “su səyahəti”nin başlanma mərasimi keçirilib.

Prezident İlham Əliyev və birinci-vitse prezident Mehriban Əliyeva, habelə onların ailə üzvləri mərasimdə iştirak ediblər.

Bu haqda ölkə başçısının rəsmi internet səhifəsi xəbər verir.

Buna da bax:​ Prezident: 'İslam Oyunlarına bütün hazırlıq görülüb'

Mərasimə Səudiyyə Ərəbistanı krallığının şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Abdullah bin Mosaad bin Abdulaziz al Saud-da qatılıb.

Azərbaycan rəqslərinin ifası ilə başlayan mərasimdə İ.Əliyev, Səudiyyə Ərəbistanı krallığının şahzadəsi çıxış ediblər.

Mərasimdə bildirilib ki, su səyahəti ölkənin 15-dən çox tarixi şəhərini, 5 gölü, 1 su anbarını, 3 çayı, 1 bulağı, 3 şəlaləni və Xəzər dənizini əhatə edəcək. Səyahət zamanı 3 min kilometrdən çox məsafə qət olunacaq.

Buna da bax: Son 5 ildə Azərbaycan yarış və şoulara nə qədər pul xərcləyib? [video]

Səyahət zamanı 15 su məkanından mis qablarla su toplanacaq və həmin sular sonradan axşam festivalında təqdim olunacaq.

Xəzərdən başlayan səyahət” 37 gün davam edəcək. Tədbir mayın 12-də yarışın açılış mərasimi ilə başa çatacaq.

IV İslam Həmrəyliyi Oyunları mayın 12-dən 22-ə kimi davam edəcək. 20 idman növü üzrə keçiriləcək yarışlara dünyanın 50-dən çox müsəlman ölkəsindən 3 minə yaxın idmançının qatılacağı gözlənir.