Sahibkar: 'Mən necə deyim ki, İlham Əliyev yaxşı işləyir?'

Sizin brauzer HTML5-i dəstəkləmir

Evlərin və obyektlərin hətta gecəylə xəbərsiz, razılıqsız sökülməsi xəbərləri gəlir. Səbəb isə Bakının abadlaşdırılması göstərilir. Elə abadlığı səbəb gətirən məmurlar sahibkar Firdovsinin də obyektlərini birgünün içində dağıdıblar. Əli hər yerdən üzülən sahibkarsa ümidini prezidentə bağlayıb.