G.Bayramlı: “ Mtinqdən sonra 13 AXCP üzvü işini itirib”

Gözəl

“Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP)13 fəalı aprelin 8-də Bakıda müxalifətin mitinqindən sonra işini itirib. Daha dörd partiya üzvü 2016-cı ilin sentyabrında etiraz aksiyasında iştiraka görə, işdən azad edilmişdi ”.
Bunu AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.

Onun sözlərinə görə,ötən il yalnız bir müxalifətçi məhkəmə vasitəsiləişinə bərpa oluna bilib.

İşdən çıxarılan cəbhəçilərdən bir neçəsi müəllimdir. Onların arasında hətta sürücülər var.

“Siyasi rəqabətdən qorxaraq cəbhəçiləri işdən çıxarmaqla heç nəyə nail olmaq mümkün deyil. Bizim ən ağır şərtlər altında mübarizə aparmaq təcrübəmiz çoxdur. Siz "qara qızılı insan kapitalına sərmayə kimi qoyuruq" deyə öyünürsünüz, halbuki, qara qızılı ailə kapitalına çevirib ofşor hesablarınıza yerləşdirirsiniz ”-deyə Gözəl Bayramlı vurğulayıb

İşdən çıxarılanlar arasında Neftçala rayonunda müəllim işləyəm Əflatun Əhmədli və xanımı Ülkər Əhmədli də olmuşdu. Neftçala rayon Təhsil Şöbəsinin rəhbərliyiKİV-ə açıqlamasında onları tədris ocağında siyasətlə məşğul olmaqda və hakimiyyətin əleyhinə danışmaqda ittiham etmişdi.

Masallı rayonunda tarix müəllimi Cəlil İmanov isə qanunsuz yerdəyişmədə ittiham edilərək işdən çıxarılmışdı.

Bu il aprelin 8-i Milli Şuranın Bakıda icazəli mitinqi keçirilib. Orada “ talana və korrupsiyaya yox!” kimi şüarlar səslənib.