Musa Yaqubun 80 illiyi Kürdəmirdə keçiriləcək

Musa Yaqub

Mayın 19-da saat 11:00-da AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional Şöbəsində şair Musa Yaqubun 80 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.

AMEA-nın yaydığı xəbərə görə, tədbirdə ölkənin elm, mədəniyyət və incəsənət xadimləri, KİV nümayəndələri iştirak edəcək.

Yubiley mərasimi Kürdəmir rayonu Atakişili kənd orta məktəbində baş tutacaq.

Musa Yaqub 1937-ci ildə İsmayıllı rayonunun Buynuz kəndində doğulub.

20 yaşından yaradıcılığa başlayıb.

15 şeir kitabının müəllifidir.