Vaqif Səmədoğlu Parisdə anılacaq

Vaqif Səmədoğlu Parisdə anılacaq.

Parisdə Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun xatirə gecəsi keçiriləcək.

Diasporla iş üzrə Dövlət Komitəsinin yaydığı xəbərə görə, anım mərasimi Paris Azərbaycan Evinin və Səməd Vurğunun Ev Muzeyinin təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə keçiriləcək.

Buna da bax:​ Vaqif Səmədoğlu bu dəfə fransızca «danışdı»

Xatirə gecəsində Vaqif Səmədoğlunun fransız dilində çıxmış “Bir gün təbəssüm olmuşdum” (Un Jour, J’ai Ete Le Sourire) adlı kitabı da təqdim olunacaq.

Gecənin iyunun 6-da saat 19-da Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilməsi planlaşdırılıb.