Yanan yataqxananın sakinlərinə çadırlar quraşdırılıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Sumqayıtdakı yataqxanada yanğın [Video]

Sumqayıt şəhərində yanğın baş verən beşmərtəbəli yataqxananın sakinlərinə çadırlar quraşdırılıb.

Bu xəbəri Fövqəladə Hallar Nazirliyi yayıb.

Xəbərə görə, yanğın nəticəsində mənzillərinə ziyan dəymiş bəzi vətəndaşların yerləşməsindən ötrü avqustun 6-da Fövqəladə Hallar Nazirliyi 30 çadır quraşdırıb.

Avqustun 5-də Sumqayıt Universitetinin tələbə yataqxanasında yanğın baş verib. Yanğın zamanı 25 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya çatdırılıb. Binada 114 məcburi köçkün ailəsi məskunlaşıb, daha 8 ailə isə yerli sakinlərdir. Rəsmi məlumatlara görə, yanğın binanın 3-cü mərtəbəsində baş verib.

Yataqxana Sumqayıt Dövlət Universitetinə məxsus olsa da, orada tələbələr qalmır.