Rusiya “Sladkoe” gölünü Qazaxıstana verdi

"Sladkoe" gölü demarkasiyadan əvvəl

Rusiya sərhədin demarkasiyasından sonra “Sladkoe” gölünün qalan hissəsini də Qazaxıstana verib.

Bu barədə “Nastoyaşie Vremya” yazır.

Bundan əvvəl iki ölkə arasındakı sərhəd bu göldən keçirdi.

Bu göl Rusiyanın Novosibrsk vilayəti Kupinsk rayonunun Pokrovka kəndində yerləşir.

Kupinsk rayon administrasiyasının məlumatına görə, ov mövsümü yerli sakinlər, həmçinin Novosibirsk və Omsk vilayətlərin sakinləri vaxtaşırı bu gölə ova gəlirlər.

Buna görə hakimiyyət, sərhəd rejiminin pozulmaması üçün yerli sakinlər arasında iş aparılmasını istəyir.

Google Maps-ın məlumatına görə, gölün sahəsi 45 hektardır.

Bunun 14 hektarı Rusiyada idi.