'Qarabağ' artıq Danimarkadadır

«Qarabağ»-«İnter» oyunu. 2014

Azərbaycanın futbol üzrə «Qarabağ» klubu Danimarkadadır.

Komanda Bakı-Kopenhagen təyyarə reysi ilə Danimarkaya yollanıb.

«Qarabağ» Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşmaları çərçivəsində avqustun 23-də «Kopenhagen»in qonağı olacaq.

Oyun Bakı vaxtı ilə saat 22:45-də başlamalıdır.

Bir həftə öncə Bakıda keçirilən oyunda «Qarabağ» rəqibə minimal-1:0 hesabı ilə qalib gəlib.

UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdan ötrü «Qarabağ»a hər cür heç-heçə sərf edir. Hətta «Qarabağ» 2:1, 3:2, 4:3 hesabı ilə uduzsa belə, qrup mərhələsinə adlayacaq.

«Qarabağ» UEFA Çempionlar Liqasının təsnifat oyunlarında öncə Gürcüstanın «Samtredia», daha sonra isə Moldovanın «Şerif» komandalarına qalib gələrək pley-off mərhələsinə vəsiqə qazanıb.

«Qarabağ» «Kopenhagen» səddini aşarsa, bu, Azərbaycan futbolunda tarixi hadisə olacaq. Çünki indiyə kimi heç bir Azərbaycan klubu Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməyib.