Dünya müsəlmanları Qurban bayramını qeyd edir

İndoneziyada Qurban bayramı

Sentyabrın 1-də dünya müsəlmanları Qurban bayramını qeyd edir.

Həcc ziyarətində olan 2 milyon müsəlman isə Məkkədə Mina dağında İblisi daşa basma mərasimini keçirib.

Həccin son günləri isə Qurban bayramı ilə üst-üst düşür.

Məkkədə zəvvarların çoxu sentyabrın 4-nə burda qalacaq.

Bu il Azərbaycandan Həccə 900 zəvvar gedib.