Şəxsiyyətin müəyyənləşdirilməsində yeni sistem

Barmaq izlərinin skan edilməsi

Azərbaycanda şəxsiyyətin müəyyənləşdirilməsindən ötrü yeni sistem tətbiq oluna bilər. Bununla bağlı Milli Məclisdə “Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” yeni qanun layihəsi hazırlanıb.

APA-nın xəbərinə görə, qanun layihəsi Milli Məclisin 2017-ci il payız sessiyasında qanunvericilik işlər planına daxil edilib.

Qanun layihəsində Azərbaycanda vətəndaşların daktiloskopik (əl-barmaq izləri) və genom məlumatlarının alınması, uçotu, saxlanılması, təsnifatı və verilməsinin mexanizmləri nəzərdə tutulur.

Buna da bax:​ Vergilər Nazirliyi 'Turan'ı 'Trend'lə müqayisə edir

Bundan başqa, layihədə insan şəxsiyyətinin müəyyənləşdirilməsi, insanın əl barmaqlarındakı kapilyar naxışların quruluşunun xüsusiyyətləri və onun şəxsiyyəti haqqında məlumatlar əksini tapıb. Habelə, orada DNK ilə bağlı məlumatlar və bunlardan hansı hallarda istifadə edilməsinin hüquqi yönləri də əks olunub.

Layihədə qeyd edilir ki, bu zaman vətəndaşın hüquq və azadlıqlarına riayət edilməlidir. Məxfilik, könüllülük və məcburilik uzlaşması prinsipləri nəzərə alınmaqla proses həyata keçirilməlidir.