Mehriban Əliyevanın yeni köməkçisi

Birinci vitse-prezident Mehriban Əliyeva

Birinci vitse-prezident Mehriban Əliyevaya yeni köməkçi təyin edilib.

Gündüz Kərimov birinci vitse-prezidentin sayca 4-cü köməkçisidir.

Gündüz Kərimov 1977-ci ildə Qazaxda doğulub. 1994-cü ildə Göygöl şəhər 1 saylı orta məktəbini bitirib.

1994-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə daxil olub, 1998-ci ildə bakalavr, 2000-ci ildə isə magistratura təhsil pilləsini fərqlənmə diplomu ilə bitirib.

Buna da bax:​ Vitse prezidentin instagram səhifəsinə yazılan yalvarışlar [video]

2002-ci ildə ABŞ İndiana Universitetinin hüquq fakültəsinin magistraturasını bitirib.

Ölkə başçısının rəsmi internet səhifəsində bildirilir ki, hazırda M.Əliyeavanın katibliyinə 7 nəfər daxildir. Bunlar birinci vitse-prezidentin katibliyinin rəisi Altay Həsənov, onun müavinləri Mehdi Dadaşov, Fariz Rzayevdir.

Buna da bax: Hakim partiyanın namizədi birinci xanım ola bilərmi? [video]

Birinci vitse-prezidentin köməkçiləri isə Anar Ələkbərov, Yusuf Məmmədəliyev, Elçin Əmirbəyov və Gündüz Kərimovdur.

XATIRLATMA

Ötən il sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklə bağlı referendum keçirilib. Həmin dəyişiklikdən biri də vitse-prezident institutunun təsis edilməsi idi.

Prezident İlham Əliyev bu il fevralın 21-də Mehriban Əliyevanı birinci vitse-prezident vəzifəsinə təyin edib. M.Əliyeva prezidentin həyat yoldaşıdır.

Müxalifət bu təyinatı hakimiyyətin bir ailədə cəmləşməsi kimi dəyərləndirib. Hakimiyyət isə bunu islahat kimi təqdim edir. Onların fikrincə, bu hakimiyyətin daha çevik idarə edilməsinə şərait yaradır.