Bloqqerin ölümünə görə 10 şübhəli saxlanıb

Daphne Capuana Galizia

Dekabrın 4-də Malta polisi bloqqer Daphne Caruana Galizia-nın qətlində şübhəli bilinən 10 nəfəri saxlayıb. Bunu baş nazir Joseph Muscat bildirib.

Bloqqer avtomobilini idarə edən zaman o partlamışdı.

Muscat-ın sözlərinə görə, şübhəlilər maltalıdırlar və hamısının kriminal tarixçəsi var. Baş nazir əlavə detallar açıqlamayıb.

Polis 48 saat ərzində şübhəliləri dindirəcək, onlara ittiham irəli sürəcək, yaxud da azadlığa buraxacaq.

53 yaşlı Caruana Galizia oktyabrın 16-da öldürülüb. O, populyar bloqunda yüksəkçinli rəsmilər arasında korrupsiya hallarından yazırdı.