Marsda ‘zəlzələ’ qeydə alınıb

Marsdagəzən "Opportunity" aparatı

NASA-nın InSight cihazı Marsda yüngül titrəyiş qeydə alıb. Bunun Marsda ilk zəlzələ olduğu güman edilir.

InSight siqnalı aprelin 6-da qeydə alsa da, alimlər onu aprelin 23-də elan ediblər. Onlar yüngül titrəyişin qırmızı planetdən gəldiyinə inanırlar.

Fransalı alim Philippe Lognonne deyib ki, Marsın seysmik baxımdan fəal olduğunu sonucda sübut etmək həyəcanvericidir.

Mars Yer kimi geoloji aktiv deyil, Ay kimi tektonik təbəqələri yoxdur.

Alimlər həm bu məlumatı, həm də aşkarlanmış daha zəif seysmik siqnalları öyrənirlər.

Onların fikrincə, bu data Marsın nüvəsi barədə informasiya verə bilər.