Pakistanlı İİV-ə yoluxmuş arvadını öldürüb

Həyat yoldaşını qətlə yetirdiyi bildirilən pakistanlı

Pakistanın cənubunda bir kişi İİV-ə yoluxmuş həyat yoldaşını qətlə yetirib. Məlumatı polis yayıb. Bu bölgədə əsasən uşaqlar olmaqla 700-dək adamda İİV (insanın immun çatışmazlığı virusu – HIV) aşkarlanıb. Bu virus QİÇS-ə (qanda immun çatışmazlığı sindromu – AIDS) səbəb olur.

Mayın 29-da yayılmış rəsmi məlumata görə, 32 yaşlı qadın Pakistanın Sindh vilayətindəki Iarkana şəhəri yaxınlığında Sikarpur kəndində qətlə yetirilib. Epidemiyanın burada yayılması sakinlər arasında çaxnaşmaya səbəb olub.

Rəsmilər İİV epidemiyasının Rato Dero şəhərindən başlandığını deyirlər. QİÇS-li yerli həkim Muzaffar Ghangharo aprelin əvvəlində xəstələri yoluxdurubmuş. Yüzlərlə adamda virus aşkarlanandan sonra Ghangharo bu ayın əvvəlində həbs olunub. Polis onun xəstəliyi digərlərinə bilərəkdən yoluxdurması versiyasını araşdırır.

Rəsmi məlumata görə, qətlə yetirilən qadın dörd uşaq anası olub, onda İİV aşkarlanınca əri onu nikahdankənar cinsi əlaqədə suçlayıb. Şübhəli qətl ittihamıyla saxlanıb.

Sindh vilayətində tibbi xidmətə çıxış, İİV barədə informasiya əlçatan sayılmır. Ekspertlər infeksiyanın Pakistana yayıla biləcəyi ilə bağlı xəbərdarlıq edirlər.