Qazaxıstan karantini bərpa edir

Almatıda aptekdə növbə

Qazaxıstanda koronavirusa yoluxmalar artdığından karantin qismən bərpa olunub. Hökumət iyulun 2-də elan edib ki, iyulun 5-dən iki həftəlik karantin başlanır.

İctimai, əyləncə, idman, ailə tədbirləri yasaqlanır. Əhalinin hərəkətinə də məhdudiyyətlər qoyulacaq.

Açıq havada üç nəfərdən artıq adamın bir araya gəlməsi qadağan olunacaq.

Baş nazir Asqar Mamin iyulun 2-də hökumətin iclasında deyib ki, lazım gələrsə, iki həftəlik karantinin müddəti daha 14 gün uzadılacaq.

Ölkədə martın 14-dən tətbiq olunmuş fövqəladə vəziyyət mayın 11-də qaldırıldı.

Dünya Səhiyyə Təşkilatı Qazaxıstanı koronavirusun “sürətlə” yayıldığı ölkələr sırasına salıb.

Ölkədə 42 min 500-dən çox insanın virusa yoluxduğu, 188 nəfərin vəfat etdiyi bildirilir.