Çin ABŞ konsulluğunu bağlayır

Hyustonda Çin konsulluğu

Çin Birləşmiş Ştatlardan cənub-qərbindəki Çengdu şəhərindəki konsulluğunu bağlamasını tələb edib. Bu addım Vaşinqtonun Texasın Hyuston şəhərindəki Çin konsulluğunu bağlamasına cavab olaraq atılıb.

Çin Xarici İşlər Nazirliyinin iyulun 24-də bildirməsinə görə, Birləşmiş Ştatların konsulluğu idarə etməklə bağlı icazəsi ləğv olunur.

Qurum addımın “Birləşmiş Ştatların məntiqsiz tədbirlərinə legitim və vacib cavab olduğunu” bildirib.

“Çin-ABŞ münasibətlərinin mövcud vəziyyəti Çinin görmək istədiyi deyil və bütün bunlara görə Birləşmiş Ştatlar məsuliyyət daşıyır”, – Pekinin bəyanatında deyilir.

Vaşinqtonla Pekinin onsuz da gərgin olan əlaqələri iyulun 21-dən daha da pisləşib, ABŞ hökuməti Çinə Hyustondakı konsulluğu 72 saat ərzində bağlamaq göstərişi verib.

ABŞ Dövlət katibi Mike Pompeo iyulun 23-də ABŞ-ın müttəfiqlərini Çin Kommunist Partiyasının qlobal “hegemonluq” iddialarna qarşı birgə dayanmağa çağırıb. O deyib ki, Pekinlə onillər boyunca işləmək gözlənən əməkdaşlıq, daha demokratik Çinlə nəticələnməyib.