General Əfqan Nağıyev ev dustaqlığına buraxılıb

Əfqan Nağıyev

Dövlət Sərhəd Xidmətinin (DSX) keçmiş rəis müavini, general-leytenant Əfqan Nağıyevin ev dustaqlığına buraxıldığı bildirilir.

Bununla bağlı Bakı Hərbi Məhkəməsinin qərar çıxardığı deyilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən də bu barədə məlumatı təsdiqləyiblər.

Ə. Nağıyev və Sahil Mühafizə Xidmətinin vəzifəli şəxsləri bu ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanmışdılar. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülmüşdü.

Bakı Hərbi Məhkəməsi Ə.Nağıyevlə bağlı 4 aylıq həbs -qəti imkan tədbiri seçmişdi.Həbsindən sonra prezident İlham Əliyev onu, Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini vəzifəsindən çıxarmışdı .

Onların və vəkillərinin ittihamlara münasibətini öyrənmək mümkün olmayıb.