Peyvənd yarışı

Dünya ölkələri COVID-19 pandemiyasını bitirmək üçün sürətli həll yolu axtarışındadırlar. Dünyanın müxtəlif universitet və laboratoriyalarında tədqiqat qrupları 170-dən çox vaksin hazırlayıb. Artıq onların bir neçəsi insan üzərində sınaqdan keçirilib.

Adətən peyvəndlər klinikaların istifadəsinə verilməzdən öncə illərlə geniş araşdırılır və sınaqdan keçirilir. Ancaq COVID-19 vaksini ilə bağlı vəziyyət başqadır. Siyasi və iqtisadi amillərin təzyiqi alimləri tədqiqatları sürətləndirməyə vadar edir.

Artıq bu sahədə bir neçə yenilik elan edilib. Ancaq dünyanın effektiv və təhlükəsiz vaksin əldə etməsi üçün hələ bir qədər vaxta ehtiyac var.

Peyvəndlər niyə vacibdir?

Bəzən biz müəyyən xəstəlikləri keçirəndə bədənimiz ömürlük immunitet qazanır. Ancaq bəzi xəstəliklər ciddi ağırlaşmalara və hətta ölümə gətirib çıxara bilər. Vaksinləri işlətməkdə məqsəd bədəni xəstəlik törətmədən immun reaksiya yaradan antigenin təsirinə məruz qoymaqdır. İnsan infeksiyaya tutulduğu zaman bu reaksiya virusu bloklayır və ya öldürür.

Vaksinin hazırlanma sikli

Klinikaların ixtiyarına verilənə qədər vaksinlərin hazırlanması bir neçə mərhələdən keçir

Klinikaların ixtiyarına verilənə qədər vaksinlərin hazırlanması bir neçə mərhələdən keçir:

  • Araşdırma mərhələsi
  • Kliniköncəsi mərhələ
  • Klinik hazırlanma
    • - I mərhələdə vaksin kiçik bir qrup insanın üzərində sınaqdan keçirilir.
    • II mərhələdə kliniki tədqiqat genişləndirilir və vaksin müəyyən əlamətləri olan insanlara vurulur.
    • III mərhələdə vaksin minlərlə insana vurulur və onun effektivliyi və təhlükəsizliyi sınanılır.

  • Tənzimləyici qurumun rəyi və təsdiqi
  • İstehsal
  • Keyfiyyətə nəzarət

2020-ci il avqustun 17-si üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 170-dən çox mümkün vaksin izləməkdədir.

Rusiyada əldə edilən vaksin

Rusiya bu yaxınlarda Sputnik V adlı yeni vaksinin kütləvi istehsalına və kütləvi tətbiqinə başlamaq planını açıqlayıb. Alimlərin iddiasına görə, ola bilsin bu vaksin qeyri-şəffaf şəraitdə hazırlanıb və III mərhələdə görülməsi vacib olan mühüm təhlükəsizlik tədbirlərinin üstündən keçilib. Vaksini hazırlayanların birinci olmaq üçün ciddi siyasi təzyiq altında çalışması ehtimalı da az deyil.

Beynəlxalq elm ictimaiyyətini Sputnik V-lə bağlı narahat edən əsas amillərdən biri infeksiyanın Anticismdən asılı güclənməsidir (ADE). Bu o deməkdir ki, virusun digər versiyaları vaksinin yaratdığı anticismləri üstələyə bilər. Nəticəsdə insanlar bu virusa ikinci dəfə yoluxanda xəstəliyi daha ağır keçirə bilərlər. Bu effect adətən vaksinlərin hazırlanmasının III mərhələsində aşkarlanır.

İnsanın immuniteti necə formalaşır

Bədən yad cismi, məsələn, virus, yaxud bakteriyanı aşkar edən kimi immun sistem hücum edən patogeni anlamağa və onu bədəndən çıxarmağa çalışır. Limfositlər, o cümlədən B hüceyrələri spesifik antigenlərə birləşən anticismlər yaradır. (Antigen patogenin xaricində olan molekul, yaxud molekulyar strukturdur.) T hüceyrələri isə infeksiyaya yoluxmuş hüceyrələri məhv edərək onların virusu çoxaltmasının qarşısını alır.

Anticismlər bədəndə aylarla, bəzən hətta illərlə qala bilir. Bədən eyni patogenlə yenidən mübarizə aparmalı olanda bu anticismlər köməyə gəlir.

İnsan bədəninin immun sistemi COVID-19 kimi patogenləri tanımağı öyrənməyə qadirdir. Bu belə baş verir:

Virus vaksinləri

Mövcud peyvəndlərin çoxu virusun özündən istifadə edilərək yaradılır. Bu üsul ciddi təhlükəsizlik sınaqları tələb edir.

(A) Zəiflədilmiş virus vaksinləri: Virus heyvan, yaxud insan hüceyrələrindən keçirilərək mutasiya olunana və xəstəlik yaratmaq qabiliyyətini itirənə qədər zəiflədilir.

(B) Aktivliiyi dayandırılmış virus vaksinləri: Virus kimyəvi, yaxud termal təsirə məruz qoyularaq infeksiyaya yoluxdurmaq qabiliyyətini itirir.

Peyvənd nə vaxt hazır olacaq?

Aprel ayında Epidemiyalara Hazırlıq İnnovasiyaları Koalisiyası (CEPI) bildirib ki, vaksin 2021-ci ilin əvvəlinə təcili hallarda istifadə protokolu çərçivəsində hazır ola bilər.

Aprel ayında Epidemiyalara Hazırlıq İnnovasiyaları Koalisiyası (CEPI) bildirib ki, vaksin 2021-ci ilin əvvəlinə təcili hallarda istifadə protokolu çərçivəsində hazır ola bilər.

2020-ci ilin mayında 40 ölkə ÜST-ə vaksinlərin sürətli hazırlanması üçün 8,1 milyard dollar boyun oldu. ÜST həm də klinik sınaq mərhələsinə gəlib çatmış bir neçə namizəd vaksinin eyni zamanda və şəffaf dəyərləndirilə bilməsi üçün xüsusi sistem işləyib hazırladı. Bu sistem beynəlxalq təşkilatları, universitetləri, çoxmilli əczaçılıq şirkətlərini və hökumətləri etibarlı koronavirus vaksininin hazırlanması üçün bir araya gətirdi.

Bu ondan ötrü edilir ki, yüzlərlə namizəd vaksinin eyni meyarlara əsasən müqayisəsi ən dünyanın yaxşı vaksini əldə etməsinə kömək edəcək.

Vaksin hazır olanda onu birinci kim əldə edəcək?

Özəl korporasiyalar və hökumətlər bu işə on milyardlarla dollar vəsait yatırırlar. Buna görə etibarlı və effektiv vaksinin dünya əhalisi arasında ədalətli paylanmayacağı ilə bağlı narahatlığın olması təsadüfi deyil.

Britaniya hökuməti 30 milyon vaksin dozası müqabilində Oksford Universitetinin vaksin proqramına 79 milyon dollar sərmayə qoyub. Bu proqram transmilli əczaçılıq şirkəti olan “AstraZeneca” ilə birgə həyata keçirilirdi. Bu şirkət ABŞ-a 1,2 milyard dollar müqabilində 300 milyon doza vaksin vəd edib.

Böyük ehtimalla vaksin öncə zəgin ölkələrin əhalisinə paylanacaq. Peyvənd almağa gücü çatmayan yoxsul və əhalisi sıx olan ölkələrin payına isə az vaksin düşəcək, yaxud da onlara ümumiyyətlə vaksin verilməyəcək.

Müəlliflər: Carlos Coelho, Kristyna Foltynova