ÜDM 4 faiz azalıb

DSK

2020-ci ilin yanvar-sentyabr aylarında ölkədə 52 mlrd. 74 mln. manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3.9 faiz azdır.

Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) bu gün, oktyabrın 16-da yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2.4 faiz, neft-qaz sektorunda isə 6.4 faiz azalıb.

Məlumata görə, əhalinin hər nəfərinə düşən ÜDM 5 min 222.5 manata bərabər olub.

İqtisadçılar bu azalmanı koronavirus pandemiyası və neftin ucuzlaşması ilə izah edirlər.