Lukaşenkanın ‘qırmızı xətt’ xəbərdarlığı

Lukaşenka, 9 oktyabr 2020

Belarus Mərkəzi Seçki Komissiyasının prezident seçkilərində qalib elan etdiyi Aleksandr Lukaşenka etirazçıların - "bir çox istiqamətdən" qırmızı xətlərin üstündən keçdiyini bəyan edib.

"Biz buna dözdük. Dərhal işarə etdim: Qırmızı xətlər var. Allah eləməsin kiminsə onu keçsin".

Bu dövlət xəbər agentliyi "Belta"nın Lukaşenkadan gətirdiyi sitatlardır. O, bu açıqlamaları Daxili İşlər Nazirliyinin əməkdaşları ilə görüşdə səsləndirib.

Lukaşenka, həm də deyib ki, "bu gündən etibarən, xüsusilə mənzillərdə gizlənən vətəndaşları heç kimi əsir götürmür" . "Kimsə bir hərbçiyə toxunarsa, o, ən azından əl dəyməmiş oranı tərk etməlidir" deyən Lukaşenka geri çəkilmək üçün heç bir yer olmadığını və geri çəkilməyə hazırlaşmadığını vurğulayıb.

Bu həftənin əvvəlində Lukaşenka "qırmızı xətt" lərdən və səlahiyyətlilərin cavab verməli olduğu məsələlərdən danışıb, ölkənin "terror təhdidləri" ilə qarşılaşmağa başladığını vurğulayıb. O, bu məsələnin tez bir zamanda qarşısının alınmasının vacib olduğunu deyib.

Xatırlatma

Belarusda kütləvi etirazlar 9 avqust prezident seçkilərindən sonra başlayıb. Bu seçiklərdən sonra rəsmi Belarus Lukaşenkanu seçkinin qalibi elan edib. Etirazçılar isə hesab edirlər ki, müxalif namizəd Svetlana Tixanovskaya qalib gəlsə də seçkinin nəticələri Lukaşenkanın xeyrinə saxtalaşdırılıb.

Hələ də davam edən etirazlarda indiyə qədər ən azı 4 nəfər həlak olub, 46 nəfər itkin düşmüş hesab edilir. Mitinqlərin dağıdılması zamanı isə minlərlə adamın saxlandığı bildirilir.