Koloradoda supermarketdə azı 10 nəfər öldürülüb

Arxiv fotosu

ABŞ-ın Kolorado ştatının Boulder şəhərində supermarketdə kütləvi atışma olub, biri polis əməkdaşı olmaqla azı 10 nəfər öldürülüb.

Martın 22-də baş vermiş insidentdən sonra şübhəli saxlanıb, aldığı xəsarətlərdən müalicə olunur.

Polis rəisi Maris Heroldun sözlərinə görə, 51 yaşlı bir polis əməkdaşı öldürülüb. Hadisəyə birinci o reaksiya veribmiş.

Bir yerli jurnalistin YouTube-a yerləşdirdiyi videoda supermarketdə yerdə və parkinq yerində meyitlər görünür. Bir məqamda atışma səsi eşidilir.

Polis atışmanın motivini açıqlamayıb. “Bu, çox mürəkkəb təhqiqatdır, tamamlanması azı beş gün çəkəcək”, – Herold mətbuat konfransında deyib.

Birləşmiş Ştatlarda ara-sıra oxşar insidentlər baş verir.