Britaniya kraliçasının həyat yoldaşı vəfat edib

Şahzadə Filip kraliça ilə

Britaniya kraliçası II Elizabetin həyat yoldaşı Şahzadə Filip 99 yaşında vəfat edib.

Bukinqem sarayının aprelin 9-da yaydığı bəyanatda deyilir li, Edinburq Hersoqu bu gün səhər Vindzor Qəsrində dünyasını dəyişib.

Ölümün səbəbləri açıqlanmır, amma Şahzadə Filip bu yaxınlarda bir ay xəstəxanada yatmış, yoluxma və ürəyindən müalicə olunmuşdu.

O, martın 16-da Vindzor Qəsrinə qayıtmışdı.

Filip Elizabetlə 1947-ci il noyabrın 20-də ailə qurub.

Onların dörd övladı, səkkiz nəvəsi, doqquz nəticəsi var.