Barack Obama: «Qaddafi zəifləyib»

Barack Obama

ABŞ prezidenti Barack Obama martın 28-i xalqa müraciətində deyib ki, beynəlxalq qüvvələrin yardımı sayəsində Liviya rəhbəri Muammar Qaddafi çox «zəifləyib» və o, üsyançılara qarşı əməliyyatları dayandırmaq məcburiyyətindədir.

Obama deyib ki, ABŞ müttəfiqləri ilə birlikdə 40 illik hakimiyyətindən istefa verməsi üçün Qaddafiyə təzyiqlər yönümdə iş aparacaq.

Amma o bildirib ki, ABŞ İraq müharibəsində «rejimi dəyişdirdiyi» kimi, bu dəfə qüvvələrindən bu məqsədlə istifadə etməyəcək.

Obama əlavə edib ki, NATO beynəlxalq əməliyyatlara əmr vermək səlahiyyətini bütünlüklə öz üzərinə götürə bilər.

NƏZƏR YETİR: ƏRƏB ÜSYANLARI