ABŞ vaksin olunanlar üçün sərhəd qadağasını qaldırır

ABŞ-da koronavirusa tutulmuş uşaq

ABŞ Dünya Səhiyyə Təşkilatının (DST) təcili istifadəyə təsdiqlədiyi istənilən vaksinlə tam peyvənd olunmuş ziyarətçiləri qəbul edəcək

Birləşmiş Ştatlar gələn aydan qeyri-vacib səyahətlər üçün quru sərhədlərini açacaq. Bununla da COVID-19 pandemiyasını önləməkdən ötrü tətbiq edilmiş 19 aylıq qadağa sona çatacaq.

Nyu Yorkdan demokrat senator Kirsten Gillibrand oktyabrın 12-də deyib ki, Birləşmiş Ştatlar Kanada və Meksikadan tam peyvənd olunmuş ziyarətçilərin giriş limanlarının hamısından ölkəyə daxil olmasına icazə verəcək.

Daxili təhlükəsizlik katibi Alexandro Mayorkas da planları təsdiqləyib. Bunu isə Senatda çoxluğun lideri Çak Şumer deyib.

Buna da bax: Rusiyada COVID-19-dan yeni ölüm rekordu

33 ölkə

Sərhədin təkrar açılmasının oktyabrın 13-də elan ediləcəyi gözlənilir.

Sərhədlərin qapadılması sərhəd icmalarına ciddi zərbə vurmuşdu və konqresmenlər Ağ evin məhdudiyyətləri qaldırmasına çalışırdı.

Kanada artıq avqustda tam peyvənd olunmuş amerikalıların qeyri-vacib sayılmayan icazə verib. Meksika isə ABŞ-ı ailələri ayrı salmış, əyləncə səyahətlərini məhdudlaşdırmış qadağaları qaldırmağa səsləyirdi.

Ağ ev elan edib ki, 33 ölkədən hava səyahətinə qadağalar qaldırılacaq və noyabrdan təyyarə ilə gələn əcnəbilərdən vaksinasiya tələb olunacaq. Bu ölkələr siyahısında Çin, Hindistan, Braziliya və Avropanın böyük hissəsi yer alıb.

Birləşmiş Ştatlara maşın, dəmiryolu və bərəylə daxil olanlardan vaksinasiya statusu soruşulacaq. Onlardan buna sübut da istənilə bilər.

Buna da bax: Koronavirusa qarşı ilk həbb dərmanı təsdiqini gözləyir

İşçilərə vaksin tələbi

Səyahətçilər vaksinasiya tələbinə cavab verəcəyi halda quru, yaxud dənizlə gələnlərdən test tələb olunmayacaq.

ABŞ Dünya Səhiyyə Təşkilatının (DST) təcili istifadəyə təsdiqlədiyi istənilən vaksinlə tam peyvənd olunmuş ziyarətçiləri qəbul edəcək.

Birləşmiş Ştatlarda qüvvəyə minəcəyi gözlənən daha bir qayda işçilərlə bağlıdır. 100-dən artıq işçisi olan işəgötürəndən tələb olunacaq ki, işçiləri COVID-19 vaksini vurdursunlar, yaxud hər həftə test versinlər.

ABŞ Əmək Departamenti bu təcili qaydanı üzərində işi tamamlamaq üzrədir. Amma Menecment və Büdcə İdarəsi 90 gün ərzində bu qaydanı nəzərdən keçirməli, yaxud yenidən baxılmaq üçün geri göndərməlidir.

Buna da bax: BVF qlobal artım proqnozunu azaldır

Fərqli yanaşmalar

Prezident Co Bayden sərəncamı ötən ay imzalayıb. Onun qanunvericiliyin tələblərinə nə dərəcədə cavab verdiyi nəzərdən keçirildiyi bir vaxtda şirkətlər artıq vaksin tələbi qoymağa başlayıblar.

Qayda tərəfdarları ölkənin pandemiyadan çıxması üçün onu vacib sayır, tənqidçilər isə qeyri-konstitusion və avtoritar hesab edirlər.

Artıq Texasın qubernatoru özəl sektor işçiləri daxil olmaqla istənilən qurumun vaksin tələbi qoymasını yasaqlayıb.

Bu ştatda yerləşən iki böyük şirkət – “American Airlines” və “Southwest Airlines” isə Baydenin göstərişinə əməl edəcəklərini bildiriblər. Bu hava nəqliyyatı şirkətlərinin mövqeyincə, federal qayda qubernator Qreq Abbotun sərəncamından yüksəkdə dayanır və ABŞ-dakı işçilərindən noyabrın 24-dək vaksinlənməyə dair sənəd göstərmələrini istəyiblər.